Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırıldı

İDMAN 19 mar 2023, 19:35
Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” klubunun hücumçusu zədə səbəbindən yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. O, ölkə çempionatının XXVI turunda “Qalatasaray”la (2:1) matçda zədələnib.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq. Hər iki qarşılaşma səfərdə baş tutacaq.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top