İbrahimoviçdən tarixi qol

İDMAN 19 mar 2023, 17:30

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya çempionatının 27-ci turunda "Udineze" ilə matçda (1:3) qol vurub.

Demokrat.az xəbər verir ki, 41 yaşlı futbolçu (41 yaş 166 gün) 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək A Seriya tarixində qol vuran ən yaşlı futbolçu olub.

İsveçli hücumçu bu göstəricidə  "Milan"ın sabiq müdafiəçisi Alessandro Kostakurtanı (41 yaş 25 gün) qabaqlayıb.

Qeyd edək ki, İbrahimoviç zədə səbəbindən bu mövsümün çox hissəsini buraxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top