Azərbaycanın neft-qaz sektoruna sərmayələr artıb

SƏNAYE VƏ ENERGETİKA 18 mar 2023, 11:40
Bu ilin yanvar-fevral ayında Azərbaycanın neft-qaz sektoruna 777,3 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 5,3% çoxdur.

Demokrat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 737,9 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top