Mərkəzi Bank işçiləri üçün süd alır - Hər ay 500 litr...

BİZNES 12 mar 2023, 10:17
Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Demokrat.az xəbər verir ki, Tender müsabiqəsinin qalibi olan “Sobran” MMC (VÖEN – 4003169431) Mərkəzi Banka süd satacaq.

Mərkəzi Bank əməkdaşları üçün alacağı 5 652 litr südə görə “Sobran” MMC-yə 9 min 505 manat 47 qəpik ödəyəcək. Alınacaq südün 5 268 litrinin yağlılıq dərəcəsi 2,4%, 384 litrinin yağlılıq dərəcəsi isə 1,5% olacaq. Rəqəmlərdən də göründyü kimi, Mərkəzi Bank bir litr südə görə 1,68 manat ödəyəcək. Mərkəzi Bank südün alışını 1 il ərzində həyata keçirəcək. 

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Sobran” MMC 04.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Bərdə rayonu, Mollalı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarlı Xətai Sərvər oğludur.

Qalib şirkətlə bağlı diqqət çəkən məqam odur ki, “Sobran” MMC ötən ilin dekabr ayında 3 müxtəlif dövlət qurumunun keçirdiyi 3 fərqli istiqamətdəki tender müsabiqəsinin qalibi olub.

06.12.2022-ci il tarixli məlumata görə Qazax rayon Mərkəzi Xəstəxanasına 6 991,5 manata geyim və yorğan satacaq.

07.12.2022-ci il tarixli məlumata görə Sahibkarlığın İnkişafı Fonduna 17 233,9 manata jalüz pərdə satacaq.

19.12.2022-ci il tarixli məlumata görə Goranboy rayon Mərkəzi Xəstəxanasına 15 474,52 manata nəqliyyat vasitələrinin cari təmiri xidmətini göstərəcək və sürtkü materialları satacaq.

Qısa müddətdə 4 dövlət qurumunun keçirdiyi 4 fərqli istiqamətdəki tender müsabiqəsinin qalibi olan “Sobran” MMC barəsində açıq internet resurslarda məlumat yoxdur. MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur.//Yeniavaz.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top