“WhatsApp” İngiltərədə qadağan edilə bilər

İKT 10 mar 2023, 20:43
“WhatsApp” mesajlaşma proqramı “Onlayn Təhlükəsizlik Aktı”na görə tezliklə İngiltərədə qadağan oluna bilər.

Demokrat.az xəbər verir ki, Meta şirkəti İngiltərənin tezliklə “Whatsapp”ı qadağan edə biləcəyini açıqlayıb.

Bildirilib ki, “Onlayn Təhlükəsizlik Aktı” mesajları qoruyan şifrələməni zəiflədə bilər. Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, “WhatsApp” bundan imtina edəcək və proqram ölkə daxilində tamamilə qadağan olunacaq.

Aysu
 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top