Avropa Parlamenti də işçilərinə "TikTok"u qadağan etdi

SOSİAL MEDİA 01 mar 2023, 18:00
Avropa Parlamenti əməkdaşlarına "TikTok" sosial platformasından istifadəni qadağan edib.

Demokrat.az
xəbər verir ki, bu haqda Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib.

O, təxminən 8000 əməkdaşa elektron poçt göndərərək, martın 20-dən iş telefonlarından və planşetlərindən proqramı silməyi xaiş edib.

Prezident buna səbəb kimi "TikTok"da üçüncü şəxslər tərəfindən məlumatların toplanması ilə bağlı kibertəhlükəsizlik narahatlığını göstərib. Hətta proqramın şəxsi telefonlardan da silinməsini tövsiyə edib.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası fevralın 23-də "TikTok"u qadağan etməklə bu istiqamətdə addım atan təşkilatın ilk qurumu oldu. 

Xatırladaq ki, milli təhlükəsizlik baxımından bir çox ölkələrdə narahatlıq yaradan "TikTok" ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda qadağan edilib.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top