Süni zəlzələ mümkündürmü? — Naci Görür açıqladı (VİDEO)

DİGƏR 16 fev 2023, 12:10
Türkiyədə bir çox zəlzələnin olacağını əvvəlcədən bilən tanınmış alim Naci Görür zəlzələ ilə bağlı yeni açıqlamalar verib.

Demokrat.az
xəbər verir ki, jurnalist Candaş Tolqa Işıkın “Az önce konuşdum” verilişinə qonaq olan N. Görür bəzi hallarda süni titrəşimlərin ortaya çıxarılmasının mümkün olduğunu dilə gətirib:

“Bir proses haqqında danışılır. Deyilir ki, ionosferdən bəzi dalğalar müəyyən yerlərə müəyyən şəkildə göndərilir. Yerin altında çox kişik dalağalar əmələ gətirilir. Bəzi qatlarda bu hadisə üçün uyğun maddələr var. Bizim də tam başa düşmədiyimiz belə bir məsələni qeyd edirlər. Geoloq olaraq buna münasibət bildirmirik. Ancaq qeyd etməliyəm ki, süni zəlzələnin baş verməsinə təkan verməyə cəhd olunub. Necə? Uzun müddət Kaliforniyada zəlzələ bölgəsində yerin altına motor və ya digər maşın yağlarını yeritdilər. Dərinlikdə sürtünmə yerləri var. Onlar hərəkətin qarşısını alır. Yağlarla sürtünməni artırıb, qırılmaya səbəb olurlar. Nəticədə zəif və ani zəlzələ baş verə bilir. Bu, təcrübə aparıldı ancaq, zəlzələ olmadı. Çünki, bu prosesi böyük ölçüdə etmək qeyri-mümkün idi. Ona görə təcrübəyə davam etmədilər. Digər bir məsələ də geotermal qaynaqlardır. Bəzi yerlərdə geotermal enerji əldə edərkən, isti suyu götürüb, elektrik enerjisinə çevirilər. Ondan sonra onu yer altına təzyiqlə vururlar. Bu da yer altında qırılma xəttinə təsir edib kiçik zəlzələyə səbəb ola bilir. Bu mümkündür”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top