Avrokubok oyunları bir dəqiqəlik sükutla başlayacaq

İDMAN 14 fev 2023, 08:31
UEFA bu həftəki avrokubok oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacağını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bütün oyunlardan əvvəl Türkiyə və Suriyadakı güclü zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq. Qərar Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqası oyunlarına aiddir. Oyunlar zamanı həmçinin zəlzələ qurbanlarına dəstək olaraq “Sizinləyik” mesajı nümayiş etdiriləcək. Futbolçular və hakimlər isə istəyə bağlı olaraq qollarına qara sarğı bağlaya bilərlər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top