Qaxda qardaşını öldürən 16 yaşlı oğlanın istintaqı başa çatdı

HADİSƏ 13 fev 2023, 18:26
Qax rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nihad Mirzəyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq. Qeyd edək ki, ötən il noyabrın 4-də, saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilib. İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top