ATƏT-in Baş katibi: “Türkiyəyə hər cür dəstək verməyə hazırıq”

XARİCİ SİYASƏT 10 fev 2023, 00:15

ATƏT-in Baş katibi Helqa Mariya Şmid Türkiyəyə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verərək bu ölkəyə hər cür dəstəyə hazır olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, Baş katib bu barədə tviter hesabında yazıb.

“Həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. ATƏT hər cür dəstək verməyə hazırdır”, - Helqa Mariya Şmid yazıb.

Qeyd edək ki, Baş katib həlak olanlarla bağlı başsağlığı kitabını imzalayıb.

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top