Daha 31 nəfər "COVID-19" a yoluxub, bir nəfər vəfat edib

SOSİAL 08 fev 2023, 20:12
Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 884 nəfər müalicə olunaraq sağalıb, hazırda 156 aktiv xəstə var. Bu günə qədər 10 097 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 830, bu günə qədər isə ümumilikdə 7 500 674 test icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top