“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

SOSİAL 08 fev 2023, 18:49
“Azərpoçt” MMC Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edir.

“Azərpoçt” MMC-nin yaydığı məlumata əsasən, zərərçəkənlərə yardım məqsədilə göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya tutulmayacaq.

“Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş günləri isə saat 16:00-a qədər şəbəkə tipli mərkəzi poçt şöbələrinə və müştəri xidmətləri şöbələrinə yaxınlaşa bilərlər. Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik”, - deyə məlumatda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top