Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb — FOTO

GÜNDƏM 08 fev 2023, 17:47
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Hərbi həkimlərimiz səhra hospitalında Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşları ilə koordinasiyalı şəkildə zəlzələ nəticəsində xəsarət alanların qəbulu, qeydiyyatı, çeşidlənməsi, əməliyyat olunması və aidiyyəti üzrə digər tibb müəssisələrinə göndərilməsi işlərində fəal iştirak edir.

Qeyd edək ki, ümumi cərrah, travmatoloq, lor-cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunub”, - məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top