“Çox sayda vətəndaşımız 18 dərəcə şaxtada küçələrdə qalıb” — Hasan Oktay

GÜNDƏM 08 fev 2023, 16:47
"Hazırda Ankaradayam və burada xəstəxanalar yaralılarla doludur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Hasan Oktay bildirib. Politoloq daha sonra bunları qeyd edib:

"Təxminən 16 mindən çox yaralı var. Ümumillikdə, bəzi məsələlərdə bir az axsaqlıqlar müşahidə olunur. Zəlzələ bölgəsində qohumlarım olmasa da, çoxlu sayda dostlarım var. Onlarla hələ də əlaqə qura bilməmişəm, vəziyyətləri barədə heç bir məlumata sahib deyiləm. Bu hadisəni "əsrin ən böyük fəlakəti" adlandırardım. 

Ən böyük dağıntılar Hatayda olub. Bundan başqa, Kahramanmaraş və Malatyada da çoxsaylı insanlar zəlzələdən zərər görüb, minlərlə insan hələ də dağıntılar altındadır. Orada temperatur -18 dərəcədədir. Təəssüf ki, çox sayda vətəndaşlarımız bu şaxta havada küçələrdə qalıb".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top