Azərbaycanda bu oyundan yığılan pullar Türkiyəyə göndəriləcək

İDMAN 08 fev 2023, 14:52
"Turan Tovuz" Türkiyədə baş verən güclü zəlzələyə görə qardaş ölkəyə dəstək olmaq üçün təqdirəlayiq addım atıb. 

Demokrat.az
xəbər verir ki, klub Misli Premyer Liqasının 22-ci turunda "Kəpəz"lə matçın bilet satışından əldə olunacaq bütün gəliri yarım məqsədi ilə Türkiyəyə göndərəcək. Bu barədə "Turan Tovuz"un mətbuat xidməti məlumat yayıb. 

Qərb derbisi oyun üçün biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti isə 2 AZN təşkil edir. "Turan Tovuz" azarkeşləri matça bilet almaqla Türkiyəyə dəstək olmağa səsləyib. 

Qeyd edək ki, fevralın 11-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" oyunu saat 14:00-da başlayacaq. 

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində çox sayda ölənlər və yaralananlar var.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top