“Yaşadığımız binada yardım kampaniyası təşkil etmişik” — Elman Nəsirov

GÜNDƏM 08 fev 2023, 13:57
"Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox böyük itkilər baş verib və hər an itkilərin sayı durmadan artmaqdadır. Bu, hər birimizi çox dərindən sarsıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Elman Nəsirov deyib. Deputat bildirir ki, bu gün hər bir azərbaycanlı Türkiyə xalqının yanındadır:

"Azərbaycan dövləti zəlzələdən çəkən şəxslərə yardım etmək üçün bütün imkan və potensialını səfərbər edib. Cənab Prezident də Türkiyənin üzləşdiyi bu fəlakətin ağır nəticələrinin aradan qaldırılması üçün əlindən gələni edir. Hesab edirəm ki, bu təkcə dövlətin məsələsi deyil, söhbət qardaş Türkiyədən gedirsə, bütün xalq bu işə səfərbər olmalıdır, necə ki səfərbər olub. Bu gün bütün Azərbaycan xalqının ürəyi Türkiyədə döyünür. Bu gün hər bir azərbaycanlı söyləyir ki, "mən türkiyəliyəm, mən türkəm". İndi əsas məqsəd maksimum dərəcədə çalışıb dağıntılar altında qalan insanları sağ çıxarmaqdır. Hər bir Azərbaycan vətəndaşı istər paytaxtda olsun, istərsə də  bölgələrdə olsun, zəlzələnin nəticəsindən əziyyət çəkən insanlara dəstək göstərir. Onu da qeyd edim ki, binamızda yardım kampaniyası təşkil etmişik. Yaşadığım binanın sakinləri də könüllü şəkildə lazımi əşyalarla yardım etməyə çalışır. Nəyə imkanları çatırsa, toplayıb göndəririk. Eyni zamanda, bu istiqamətdə digər addımların da atılması planlaşdırır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top