Abşeronda qısqanc kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 08 fev 2023, 13:05
Abşeron rayonunda 1978-ci il təvəllüdlü Nicat qısqanclıq zəminində həyat yoldaşı Xanıma (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qobu qəsəbəsində baş verib. 

Nicat yaşadığı evdə olan zaman qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Xanımla qısqanclıq zəminində mübahisə edib. 

Baş vermiş mübahisə zamanı Nicat yumruq və şillə zərbələri ilə Xanımın sifət nahiyəsinə zərbələr vurub. 

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xanım ilə hadisədən 5 ay əvvəl qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlayıb: “Əvvəllər münasibətlərimiz normal olsa da, son zamanlar Xanım məndən icazəsiz və xəbərsiz harasa gedib-gəlməyə başladığından mübahisələrimiz yaranmağa başladı. Hadisə günü, saat 09 radələrində Xanım ilə birgə yaşadığımız Qobu qəsəbəsində yerləşən evdə olarkən ona harasa gedib-gəldikdə mənə xəbər verməsini bildirdim. Bu zaman aramızda mübahisə yarandı və baş vermiş mübahisə zamanı əsəbləşərək Xanımın sifət nahiyəsinə bir dəfə şillə zərbəsi vurdum. Nəticədə Xanım sağ göz nahiyəsindən xəsarət aldı”. 

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirlən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Nicatın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top