ÜST Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan etdi

DÜNYA 08 fev 2023, 12:52
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edib.

Demokrat.az
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, "3-cü səviyyəli fövqəladə vəziyyət" rejimi tətbiq olunub. Bu, ən yüksək fövqəladə vəziyyət hesab olunur və ÜST-ün bütün təşkilat miqyasında resurslarını səfərbər etməsini özündə ehtiva edir.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 6957 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 38 224 nəfərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top