Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardımların toplanmasına başlanılıb — SİYAHI

GÜNDƏM 08 fev 2023, 12:17
Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanması üçün Bakıda daha bir neçə ünvan ayrılıb.

Bu barədə ASAN Xidmət məlumat yayıb.

Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi, 2008-ci məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şosesi, 22 (Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda) və Ağ şəhər, Yaşıl Ada, nömrə 2 ünvanlarında toplanır.

Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Görkem Yelgin - 050 285 01 01

Muhemmed Emin Kalan - 050 736 71 00

Ferhat Çeğil - 055 604 36 96

Ramil Hümbətov - 050 567 75 77

Xatırladaq ki, Bakıda İdman (keçmiş Əl Oyunları) Sarayında da yardımlar toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Faciə nəticəsində 6 234 nəfər həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top