Ərdoğan Kahramanmaraşdadır — YENİLƏNİB

REGİON 08 fev 2023, 13:59
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Elbistan və Pazarcıkda zəlzələdən zərər çəkmiş ərazilərə baş çəkmək üçün Kahramanmaraşa gedib. 

Demokrat.az
xəbər verir ki, bu haqda Anadolu agentliyi məlumat yayıb. 

Məlumata görə, Ərdoğan hava limanına enən kimi daxili işlər naziri Süleyman Soylu və digər rəsmilərdən görülən işlər barədə məlumat alıb.

Dövlət başçısı daha sonra AFAD-ın Onikisubat Stadionunda qurduğu çadır şəhərciyinə baş çəkəcək  və bölgədə yoxlamalar aparacaq.

Qeyd edək ki, Ərdoğanla bərabər AK Partiya sədr müavini Binəli Yıldırım və Numan Kurtulmuş, Prezident Aparatının Kommunikasiyalar üzrə müdiri Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın da bölgəyə gəlib.

11:52

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələnin baş verdiyi Kahramanmaraş və ətraf vilayətlərdəki işləri yoxlamaq  və koordinasiya etmək üçün yola düşüb.

Demokrat.az
xəbər verir ki bu haqda Anadolu agentliyi məlumat yayıb.

Ərdoğanın əvvəlcə Kahramanmaraş şəhər mərkəzində olacağı, daha sonra isə Pazarcık vilayətinə keçəcəyi gözlənilir .

Həmçinin, dövlət başçısının zəlzələdə ən çox zərər görmüş Hataya da baş çəkəcəyi planlaşdırılır.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top