34 yaşlı universitet müəllimi qəfil öldü

HADİSƏ 08 fev 2023, 11:33
Bakı Ali Neft Məktəbinin gənc müəllimi Türkan Haqverdi bu gün səhər saatlarında vəfat edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında yazıb. 

O, müəllimin qəfil ölümü ilə bağlı başsağlığı verib: “Qardaş Türkiyədəki faciəni yaşadığımız anlarda, BANM ailəsi səhər saatlarında qəfil və vaxtsız itki ilə üzləşib. Sevimli, daim gülərüz, istedadlı, gənc müəlliməmiz Türkan xanım Haqverdini itirdik. Qəfil ölüm tələbələrimizin sevimli müəlliməsini, BANM ailəsinin qayğıkeş üzvünü aramızdan apardı”.

Universitetdən bildirilib ki, T. Haqverdi 34 yaşında idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top