Gürcüstan Türkiyəyə əlavə xilasedici qrup göndərir

REGİON 08 fev 2023, 09:31
Gürcüstan Türkiyəyə əlavə 40 xilasedici göndərəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Gecə boyunca Adıyamanda zəlzələnin fəsadlarının aradan qaldırılmasında və xilasetmə əməliyyatlarında iştirak edən gürcü xilasedicilər dağıntıların altından gənc qadını xilas ediblər. Qeyd olunub ki, DİN Türkiyəyə əlavə göndərəcəyi 40 xilaedici də Adıyamandakı əsas qrupa qoşulacaq.

Qeyd edək ki, Gürcüstan Türkiyəyə daha əvvəl 60 xilasedici və xilasetmə itləri, akustik cihazlar, dronlar və digər texniki vasitələr göndərib.

Gürcü xilasedicilərin xilasetmə əməliyyatına Gürcüstanın Fövqəladə Halların İdarə edilməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili şəxsən rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top