Yataqxanada 16 yaşlı gənc öldürüldü

KRİMİNAL 08 fev 2023, 09:05
Fevralın 8-də saat 3 radələrində Binəqədi rayonunda yerləşən yataqxanaların birində yaşayan 2007-ci təvəllüdlü Əliəkbər Mərəyevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, araşdırmalarla cinayət əməlini həmin yataqxanada qalan 2002-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən R. Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top