“Bir əsrdə belə zəlzələ olmamışdı” — Hüsamettin İnaç

GÜNDƏM 07 fev 2023, 16:43
"Bu gün bizim kədərimiz və ağrımız çox böyükdür".

Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib. O, bildirib ki, zəlzələ nəticəsində onlarla şəhər dağılıb:

"On ilimiz yıxıldı, minlərlə insanımız həyatını itirdi. Burada hava çox soyuqdur və hələ də qar yağır. Dövlətimiz çox təcrübəlidir və dərhal yetişdi. Bütün bölgələrdə ehtiyaclar qarşılanır. Amma dağıntılar altında hələ də xeyli insan var. Bildiyimiz kimi, ötən gün 7.7 bal gücündə güclü zəlzələ oldu. Bu da 130 atom bombasının təsiri altında deməkdir. Bir əsrdə belə zəlzələ olmamışdı. Təbii ki, hətta Kütahya şəhərinə də çoxlu sayda zəlzələ qurbanları gətirilib. AFAD və Qızıl Aypara koordinasiyasında da ciddi işlər görülür. Qeyd edim ki, xəstəxanalar da kifayət qədərdir. Son on ildə inşa edilən şəhər xəstəxanaları bölgənin bütün ehtiyaclarını artıqlaması ilə qarşılayır".

Nəzrin
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top