Zamin Salayev adam bıçaqladı

KRİMİNAL 07 fev 2023, 15:42
“Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Zamin Salayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür .

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top