Ağdaşda 48 yaşlı kişi oğlunu döyən azyaşlının əmisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 07 fev 2023, 13:22
Ağdaş rayonunda 1976-cı il təvəllüdlü Sadiq şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmkəndlisi Bəhmana xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qülbəndə kəndində yerləşən su bulağının yanında baş verib. 

İstintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 7-ci sinifdə oxuyan yeniyetmə oğlu Tunar ilə həmkəndlisi Bəhmanın qardaşı oğlu Hamilin aralarında tez-tez münaqişə olub: “Mənim də bu barədə dəfələrlə Bəhmanın qardaşı Bəxtiyara oğlunun yetkinlik yaşına çatmayan oğlum ilə münaqişə etməsinin qarşısını almasını söylədim. Lakin bir nəticə olmadı, yenədə yetkinlik yaşına çatmayan oğlumu Hamilin onu döymək istəməsini bildirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, təxminən saat 19.30-da oğlu ilə birlikdə yaşadığı kənddə yerləşən su bulağının kənarından keçərkən həmkəndlisi Bəhmanı su bulağından su bardağına doldurkən görüb: “Bəhmanın yanından ötdüm. Bəhmana salam verdim, Bəhman da mənimlə salamlaşdı. Daha sonra Bəhmana qardaşı Bəxtiyarın oğlu Hamilin yetkinlik yaşına çatmayan oğlum Tunarı döymək istəməsini, lakin bu barədə Bəxtiyara dəfələrlə oğlunu tənbeh etməsini söylədiyimi bildirdim. Həmin vaxt Bəhman da mənə “sənin uşağın tərbiyəsizdir” ded. Mən də Bəhmana oğlumun tərbiyəli olmasını, heç vaxt tərbiyyəsiz hərəkətlər etmədiyini bildirdim. Həmin vaxt Bəhman ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Bəhman məni nalayiq ifadə işlətdi. Buna görə də Bəhmana yaxınlaşaraq yumruqla bir neçə dəfə onun sifət və baş nahiyyəsinə vurdum. Həmin vaxt Bəhman yerdən kiçik ölçülü daşı götürərək mənə atdı. Onun atdığı daşın sağ gözaltı nahiyyəmə dəydi, sağ gözaltı nahiyyəmdən xəsarət aldım. Daha sonra Bəhman oradan getdi”.

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Sadiqin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top