“Biz partiyamıza agent qəbul edəsi deyilik” — Hafiz Hacıyev

DAXİLİ SİYASƏT 07 fev 2023, 12:39
"20-30 illik partiya əgər 5 minlik imza toplaya bilmirsə, o kimə lazımdır!? Onlar düşünsünlər ki, indiyə qədər özləri-özlərini və bu xalqı aldadıblar".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri qeyd edib ki, özünü "ana" və "ata' müxalifəti adlandıran partiya 5 min imza toplaya bilmirsə xalqı aldatmasın:

"Bu gün onların nə mitinq, nə də piket eləməyə adamları yoxdur. Yalandan 3-5 adama pul verib şəhərdə mitinq etməyə ehtiyac yoxdur. Müasir Müsavat Partiyası hansısa mitinq keçirmək istəsə, sizi əmin edirəm ki, haradasa 15 min adam çıxarmağa imkanımız olar". 

H.Hacıyev digər partiyalara öz təklifini irəli sürüb:

"Əgər hansısa partiya bizə qoşulmaq istəyirsə, qapılarımız açıqdır. Bizim siyasi xətti müdafiə edən, korrupsiyaya qarşı mübarizə aparan, özündə cəsarət tapan, xalqın dərdlərini ən yüksək auditoriyalara daşıyan partiyalar varsa, gəlsin bizə qoşulsun. Biz agent də qəbul edəsi deyilik! Bilirsiniz ki, əksər partiyaların bir hissəsi İrana, başqa dövlətlərə işləyir. Biz bunların hamısını bilirik, özümüzə də gətirib problem yaradası deyilik. Partiyamızda istedadlı, dünyagörüşlü gənclərimiz var. Biz onlarla yol gedirik. Düşünürəm ki, uğurlu yoldur. Axıra qədər də dövlətçiliyimizi müdafiə edəcəyik, korrupsiyaya qarşı mübarizə aparacağıq. Partiyamız Azərbaycanda ən birincilər sırasında olan partiyalardan olacaq. Hər halda, narahatlığımız yoxdur. Ümumiyyətlə, partiyaların çox olması demokratiyanın çox olması demək deyil".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top