Reyestrdən keçməyən KİV-lər bağlanacaq

MEDİA 06 fev 2023, 17:02
Media Reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək.

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bütün media qurumları reyestrdən keçməlidir: "Biz bununla bağlı media subyektlərinə 6 ay müddət müəyyən etmişik. Azərbaycanda media subyekti fəaliyyətini bəyan etməlidir. Fəaliyyətini bəyan etmək üçün həmin qurum Media Reyestrindən keçməlidir. 6 ay müddətində hansısa media subyekti Media Reyestrindən keçmirsə, biz həmin qurumu aşkarlayıb, onun barəsində məhkəməyə müraciət edəcəyik. Məhkəmə də həmin media subyektinin fəaliyyətinə xitam verəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top