“Elgin Həbibullayev, heç bir iş görmürsünüz, istefa verin!”

SOSİAL 06 fev 2023, 16:24
Nərimanov Bakının böyük rayonlarından biridir. Rayon sakinlərinin problemləri isə daha böyükdür. İllərcə Abidin Fərzəliyev kimi bəladan xilas olduqlarını düşünsələr də, dəyişən, sadəcə, adlardır desək, yanılmarıq. Təzə icra başçısı Abidin Fərzəliyevin canına dua oxutdurur”.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

“Elgin Həbibullayevə etimad böyük idi. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Vəzifədə nə hikmət varsa, ora təyin olunandan sonra hər şey dəyişir. Sakinlər qeyd edir ki, Elgin müəllim heç işə belə, gəlmir. Sakinlərlə görüşləri müavinlər keçirir. Niyə axı, Elgin bəy?! Müavinlərin fəaliyyəti təqdirə layiqdir. Amma siz niyə ora təyin olunmusunuz?! Məgər ayda 1-2 dəfə işə getməklə icra başçısı vəzifəsi icra olunur?! Saytlarda özünüzü reklam etdirməklə heç nə dəyişməyəcək. Siz rayon ərazisində heç bir iş görmürsünüz. Bu qədər şikayət var sizdən. Niyə reaksiya vermirsiniz?! İstefa mədəniyyəti var. İstefa verin, imkan verin xalqın problemlərini həll etdirən bir adam gəlsin ora!” – A.Həmidli qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top