Deputatın ailəsi dağıntılar altında qaldı

REGİON 06 fev 2023, 12:28
Türkiyədə baş verən zəlzələ çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub. 

Demokrat.az
“Sözcü”yə istinadla xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyin Yaymanın ailəsi də dağıntılar altında qalıb. 

bu barədə deputatın özü məlumat verib.

“İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır”, – deyə o bildirib. 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top