Yaxınları Zeynəb Dostəliyeva ilə vidalaşır — FOTO

ŞOU-BİZNES 06 fev 2023, 12:24
Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva vəfat edib.

Axşam.az xəbər verir ki, mərhumla vida mərasimi Nazpərinin evində keçirilir.

Bacısının vəfatından danışan ifaçı "Vəziyyəti yaxşı idi, həkimlər yaxşı baxırdı. Dərmanlar böyrəklərinə təsir etdi. Ötən gün səhər zəng etdilər ki, böyrəkləri fəaliyyətini dayandırıb. Sağalacağına inanırdıq. Məni öpüb, qucaqladı. Dedi ki, "Bacı mən sənin qədrini bilməmişəm. Niyə belə etmişəm?". O, hər zaman qədrimi bilirdi. Deyirdim ki, nə danışırsan, oğlun Orxana ev alıb onu evləndirəcəyik. Sevincindən ağladı" sözlərini əlavə edib. 

Müğənni Sənqəçal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Z.Dostəliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top