Bakıda 17 yaşlı oğlan məktəblini öldürdü — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 06 fev 2023, 11:05
Bakının Xətai rayonunda 2006-cı il təvəllüdlü Namiq şəxsi münasibətlər zəminində tanışı, 2007-ci il təvəllüdlü Sərxanı öldürüb.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi Xətai rayonu, 8 Noyabr prospekti 57/2 ünvanında yerləşən “Nizami Gəncəvi” parkında baş verib. 

Namiq tanışı Sərxanla söyüş üstündə mabahisə ediblər. Mübahisə zamanı Namiq Sərxanın başına yumruqla zərbələr vuraraq döyüb. Sərxan aldığı xəsarərətdən parkda ölüb. 

İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə qəsdən səbəb olma) maddəsi ilə ittiham verilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası ilə birgə yaşayır: “Atam hadisədən iki ay əvvəl ölüb. Hadisə günü, saat 17.00-da tanışım Adəmlə gəzişmək üçün “Nizami” parkına getdik. Təxminən yarım saat sonra tanışlarım Sahil və Nihad yanmıza gəldi. Bir qədər gəzişdikdən sonra Sahil bizdən ayrılaraq getdi və bir qədər keçdikdən sonra Sahil geri qayıtdı”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Sahil onun tanışı olan Sərxan və yanında onun adını bilmədiyi şəxslə birgə gələrək onların yanında oturub: “Zarafatla Sərxanın üzünə yavaşca bir şillə vurdum. Sərxan isə mənə kefinin olmadığını, zarafatı bitirməsini dedi. Sonra Sərxana zarafat xoşuna gəlmirsə demərəm, bir daha etməyəcəyimi bildirdim. Bundan sonra Sərxan məni nalayiq ifadələrlə təhqir etməyə başladı. Sərxandan niyə bu formada danışdığını soruşdum. Sərxan mənə yaxınlaşaraq, burun nahiyəmə kəllə ilə və sol üz nahiyəmə yumruq vurdu. Sahil bizi aralaşdırdı, bir-birimizi tanıdığımızı deyərək dava etməməyi bildirdi”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Sərxana söhbət etmək üçün bir qədər yuxarı qalxmağı təklif edib: “Sərxan mənimlə razılaşdı. Sərxan, Sahil, Nihad və Adəm yuxarıya qalxdıq. Bundan sonra Sahil, Nihad və Adəmə bizi ayırmamağı bildirdim. Bu zaman Sərxan mənə yumruq zərbəsi atdı. Lakin arxaya çəkildiyim üçün həmin zərbə mənə dəymədi. Beləliklə, dərhal Sərxanın köynəyinin sağ çiyin hissəsindən sol əlim ilə tutdum, sağ əlim ilə təxminən 2-3 zərbə vurdum və Sərxan qışqıraraq sifətini tutdu. Həmin zərbələr onun üzünə və gicgahına dəydi. Bundan sonra Sərxanı vurmağa davam etmədim. Sərxan müvazinətini itirərək ağacdan tutdu. Dərhal  Adəm və Sahil Sərxana yaxınlaşdıq. Sərxanı yerə yıxılmaması üçün tutduq. Sərxanı yerə uzatdıqdan sonra Nihad su gətirin deyə qışqırdı. Yaxınlıqda yerləşən bulaqdan su doldurmağa getdi. Sahil Adəmin köməkliyi ilə Sərxanı çiyninə götürərək bulağın yaxınlığına gətirdi. Bu zaman mən də Sərxanın üzünə su vurdum. Həmin ərəfədə Sərxan xırıldadı. Mən isə yanmızda olan uşaqlara 103-ə zəng etmələrini bildirdim. 103-ə kimin zəng etdiyini dəqiq bilməmişəm”. 

Namiq bildirib ki, bundan sonra baş verənlərə görə şoka düşərək qorxub: “Buna görə də oradan uzaqlaşaraq, Pirşağıda yaşayan nənəmgilə getmək istədim. Lakin yolun yarısından qayıdaraq anam ilə birgə yaşadığım mənzilə gəldim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Sərxanı təxminən 2022-ci ilin may ayında ortaq dostları sayəsində tanıyıb və Sərxanla əvvəllər aralarında heç bir problem olmayıb.

Qeyd edək ki, Sərxan qətlə yetirilən zaman orta məktəbin 10-cu sinif şagirdi olub. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namiq 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top