BQXK Türkiyə vətəndaşlarını qan verməyə çağırdı

REGİON 06 fev 2023, 08:45
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Türkiyə nümayəndəliyi vətəndaşları qan verməyə çağırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə təşkilatın Türkiyə nümayəndəliyinin rəhbəri Kərəm Kınık bildirib.

Qeyd olunub ki, ilkin mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatı var.

"Lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm”, – Kınık əlavə edib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top