Gədəbəydə ata iki oğlunu bıçaqlayıb

HADİSƏ 05 fev 2023, 20:35
Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev əllərinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top