"Bu hərəkətim böyük səs-küyə səbəb olacaq"

ŞOU-BİZNES 05 fev 2023, 18:57
"Bəzi fikirləri sizinlə bölüşmək istəyirəm. Demək istəyirəm ki, üzümə gülüb, arxamca danışanları, bəzi yerlərdə sifarişlə yazılan yazıların mənbəsini bilirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova sosial şəbəkə hesabında yazıb. Müğənni adını gizli saxladığı şəxslərin onun haqqında sifarişli yazılar yazdırdığını iddia edib. 

Müğənni "Onların hamısına tək-tək cavab verə bilərəm, amma hələ həya edirəm. Vay o gündən ki, üzümdən həya pərdəsini götürüb, tək-tək onlara cavab verim. Bilirəm ki, bu hərəkətim böyük səs-küyə səbəb olacaq. Özümü o insanlara tay tutmaq istəmirəm. Allah böyükdür, o, hər şeyi biləndir" deyə, sözlərinə davam edib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top