Türkiyəli nazir: Ermənistan Azərbaycanla münasibətləri normallaşdırdıqdan sonra sərhədlər açıla bilər

SİYASƏT 05 fev 2023, 14:30

Türkiyə hakimiyyəti İrəvan və Bakı arasında münasibətlərin normallaşmasından sonra Ermənistanla sərhədləri açmağa hazırdır.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmert Muş Qarsa səfər zamanı bildirib.

Nazir deyib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır:

“Biz ümid edirik ki, Ermənistan diaspor və xarici dövlətlərin təzyiqindən qurtulacaq və sərhədlərin açılmasını, xalqın rifah səviyyəsinin yüksəlməsini dəstəkləyəcək. Sərhədlərin açılacağı təqdirdə infrastrukturun hazırlığı çox zaman tələb etmir”.//apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top