“Moody's”: Bolqarıstan Azərbaycandan təbii qaz nəqlini effektiv şəkildə gücləndirib

SƏNAYE VƏ ENERGETİKA 05 fev 2023, 08:41

Bolqarıstanın müvəqqəti hökuməti Yunanıstan və Türkiyə üzərindən alternativ qaz tədarükü marşrutlarını, o cümlədən, ilk növbədə Azərbaycandan alternativ təbii qaz nəqlini effektiv şəkildə gücləndirib.

Demokrat.az xəbər verir ki, belə bir iddia ilə “Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin təhlilçiləri çıxış ediblər.

Analitiklər bildiriblər ki, Bolqarıstan iqtisadiyyatı texniki tənəzzüldən xilas olub. Təhlillərə əsasən 2021-ci ilin aprelindən indiyədək olan dövrün böyük bir hissəsində sabit idarəetmə koalisiyasının olmaması ölkə üçün əsas siyasətlərin həyata keçirilməsi ilə bağlı riskləri artırıb və hökumətin gözlənilməz vəziyyətlərdə hadisələrə cavab vermək qabiliyyətini də çətinləşdirə bilər.

Reytinq agentliyi infrastrukturun və institusional mühitin yaxşılaşdırılması, eləcə də ölkənin avrozonasına daxil olması nəticəsində uzunmüddətli artım perspektivlərinin yaxşılaşması fonunda kredit reytinqini yüksəldəcək. “Moody's” bildirib ki, ölkənin sağlam fiskal vəziyyəti, uzunmüddətli iqtisadi inkişaf perspektivləri və Avrozona prosesinin başa çatmaması pisləşməyə davam edərsə, reytinqi aşağı salacaq.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top