Emrahın gəlini azərbaycanlıdır? — VİDEO

ŞOU-BİZNES 04 fev 2023, 17:06
Türkiyəli müğənni Emrahın oğlu Tayfun Erdoğanın nişanından sonra sosial şəbəkələrdə bir sıra iddialar yayılıb. Belə ki, Tayfunun mərasimdə “Yaşa Azərbaycan” mahnısına oynaması gəlinin azərbaycanlı olduğunu düşündürüb. Bundan əlavə iddia edilib ki, adını Eda İrap kimi qeyd edən xanım həqiqətən də azərbaycanlıdır, əsl adı isə Elnarədir.

Demokrat.az
xəbər verir ki, izləyicilər tərəfindən OLAY-a daxil olan məlumatda isə bildirilib ki, Tayfunun nişanlısı Zaqataladandır, bu da üçüncü evliliyi olacaq.

Həmçinin peşəsini jurnalist kimi vurğulayan Eda səhifəsində bir müddət əvvəl Sevil və Sevinc Səfərovaların “Sevdiyim adam” mahnısını paylaşıb.

Lakin Tayfun özü TikTok canlı yayımında gələcək xanımının Bursadan olduğunu bildirib.

OLAY hər iki tərəflə də əlaqə saxlamağa çalışıb. Amma bütün bu iddialarla bağlı suallarımız cavabsız qalıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top