"İran Azərbaycanın istənilən bölgəsində terror hadisəsi törədə bilər" — AÇIQLAMA

GÜNDƏM 03 fev 2023, 23:20
"İran Azərbaycanda mövcud siyasi hakimiyyəti devirmək istəyib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq bildirib ki,  Azərbaycanda İran rejiminə bağlı kukla bir hakimiyyət rejimi yaratmaqla, bütövlükdə öz nəzarətinə keçirmək niyyəti güdüb:




"Azərbaycanda bir siyasi qarşıdurma, xaos yaratmaqda əsas məqsəd burada siyasi maraqlarını tutmaqdan ibarət olub. Son terror hadisəsindən sonra, Azərbaycan İranın casus şəbəkəsinə qarşı konkret addımlar atmağa başlayıb. 

Düşünürəm ki, bu məsələdə dövlətin gördüyü işlər yetərli deyil. Buna bütün Azərbaycan cəmiyyəti də həssas olmalıdır.  Çünki İran terror dövlətidir və hər zaman Azərbaycanın istənilən bölgəsində terror hadisəsi törədə bilər. İranın bu yöndə təcrübəsi var. Bu ölkə illərdir ki, bu cür terror fəaliyyətini müxtəlif ölkələrdə yürüdür".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top