İranda Azərbaycan Səfirliyinə basqının məxfi tarixçəsi

GÜNDƏM 03 fev 2023, 21:07
Hörmətli Dostlar, Sizə qardaşım Seyfulla Mustafayevin (ANS Şirkətlər Qrupunun mənimlə həmtəsisçisi, Sankt Piterburq Lomonosov adına Universitetinin Tarix fakultəsi və doktoranturasının məzunu) yazdığı qısa tarixi arayışla tanış etmək istəyirəm:

"Azərbaycanın Tehrandakı Səfirliyində törədilən terror aktının tarixi alluziyaları

Fars siyasəti qədim zamanlardan hiyləgərlik və namərdlik xüsusiyyətləri əsasında qurulub. İranın gözü götürməyən Azərbaycan Respublikasına qarşı hikkəsi təkçə Araz sahilində açıq-açığına keçirdiyi SEPAH tamaşası ilə bitmir.

Baş leytenant Orxan Əsgərovun Səfirliyimizdəki qətli və 2 əməkdaşın yaralanması 1829-cu ildə Tehranda Rusiya səfirliyinə hücumu və səfir Qriboyedovun vəhşicəsinə öldürülməsini yada saldı.

Qurulmuş tamaşanın baş rolunu oynayan şəxs güya Səfirliyimizdə keçən ilin aprelində itkin düşən arvadını axtarırmış.

194 il əvvəl Fətəli Şah Qacarın kürəkəni Allahyar xan da əlaltıları ilə Rusiya səfirliyinə 2 itkin düşmüş erməni kənizının tapmaq məqsədi ilə basqın etmişdi. Kənizlərin tapılıb tapılmaması haqda tarıx susur, amma Qrıboedov kütlə tərəfdən parça-tikə edilir.

Söhbət heç də "cherchez la femme"dan (qadın axtarın-fr) getmir. Əsla!

Söhbət bu günkü terror-tamaşa rejisorunun bununla nə demək istədiyindən gedir"

Vahid Mustafayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top