Cüdoçularımız Paris “Böyük dəbilqə”sinə yollanır

İDMAN 02 fev 2023, 23:42
Fevralın 4-də Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Federasiyadan Demokrat.az-a verilən məlumata görə, 2 gün davam edəcək yarışda milli komandanın 9 üzvü 7 çəki dərəcəsi üzrə qüvvəsini sınayacaq.

Performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Böyük Dəbilqədə 85 ölkədən 535 idmançı medallar uğrunda yarışacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top