"Neftçi"nin sabiq müdafiəçisi: "Rusiya futboluna qarşı sanksiyaların heç bir əsası yoxdur"

İDMAN 02 fev 2023, 15:53

"Fikrimcə, Rusiya futboluna tətbiq olunan sanksiyaların heç bir əsası yoxdur".

Demokrat.az xəbər verir ki, bunu "Neftçi"nin və Moskva "Spartak"ının sabiq futbolçusu İqor Mitreski Rusiya yığmaları ilə klublarının FIFA və UEFA bayrağı altında keçirilən yarışlara buraxılmaması barədə "Match TV"yə açıqlamasında deyib.

Şimali makedoniyalı veteran müdafiəçi bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: "Bu, dəhşətli qərardır. Nəyə görə idmançılar beynəlxalq yarışlarda iştirak etmirlər? Bu, təkcə futbola aid deyil. Kimsə bunu mənə izah edə bilər? Dünya və Avropa çempionatları Rusiyasız necə keçirilir? Sanksiyalar nə qədər tez götürülsə, bir o qədər yaxşıdır".

Mitreskinin sözlərinə görə, UEFA-dan imtina edib Asiyada oynamaq Rusiyanın özü üçün maraqlı olmayacaq: "Kimə qarşı oynayacaqsan? Qırğızıstana qarşı? Orada komandaların səviyyəsi rus klublarından on dəfə aşağıdır. Bəs azarkeş amili? Əvvəllər MOİK və Zenit UEFA Kubokunu qazanıb, "Spartak" Çempionlar Liqasında top-klublarla başabaş oynayıb".

Qeyd edək ki, İqor Mitreski 2001 - 2004-cü illərdə "Spartak"ın, 2010 - 2014-cü illərdə isə "Neftçi"nin formasını geyinib.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top