Amerika futbolunun əfsanəsi karyerasını bitirdi — 44 yaşında

İDMAN 02 fev 2023, 13:40

Amerika futbolu tarixinin ən uğurlu oyunçularından biri hesab edilən Tom Bredi 23 illik karyerasını başa vurub.

Demokrat.az xəbər verir ki, Amerika Futbol Liqasının (NFL) əfsanələrindən olan 44 yaşlı oyunçu "Twitter" hesabında paylaşdığı videoda aktiv futbolçu karyerasını həmişəlik bitirdiyini açıqlayıb. Bredi hələ ötən ilin yanvarında futboldan getdiyini açıqlasa da, ayyarım sonra fikrini dəyişmişdi.

Karyerasına 2000-ci ildə "New England Patriots"da başlayan amerikalı yarımmüdafiəçi 2020-ci ildə "Tampa Bay Buccaneers"lə müqavilə imzalayıb. NFL-də 15 dəfə ən yaxşı seçilən 45 yaşlı idmançı 7 Super Baul çempionluğu qazanıb. Bredi 3 dəfə ölkə çempionu, 5 dəfə Super Kubokun qalibi olub.//qaynarinfo

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top