Türkiyə quraqlıq riski ilə üzləşdi: Mütəxəssislərdən vacib xəbərdarlıq

SOSİAL 01 fev 2023, 20:39
Son illərin ən quru qışını yaşadığımız bu günlərdə su qıtlığı riski özünü göstərib. Önümüzdəki günlərdə susuz qalmamaq üçün hər kəsin borclu olduğunu qeyd edən ekspertlər həm mərkəzi, həm yerli hakimiyyət orqanlarına, həm də vətəndaşlara xəbərdarlıq edib, qənaət yollarını danışıblar.

Demokrat.az xəbər verir ki, Türkiyə son illərdə quraqlıq riski ilə üzləşdiyi halda, mütəxəssislər sağlam düşüncə ilə quraqlıqla bağlı addım-addım fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsinin zəruriliyinə diqqət çəkirlər. 

Ekspertlər xəbərdarlıqları və qənaət təkliflərində bildiriblər ki, paltaryuyan, qabyuyan maşınlardan istifadəyə üstünlük verilsin. 

Həmçinin qeyd ediblər ki, qarşıdakı dövrdə yağışlar mövsümi normalar daxilində olmasa, kənd təsərrüfatında məhsuldarlıq azalacaq, ərzaq məhsullarının qiyməti daha sürətlə artacaq.

Aysun

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top