Naxçıvan polisindən əməliyyat: Dörd nəfər saxlanıldı — FOTO

HADİSƏ 01 fev 2023, 17:40
Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Demokrat.az-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü David Abdullayev idarə etdiyi “NAZ Lifan” markalı avtomobili ilə tanıdığı İran vətəndaşı Rza Dadrasacirlou Ali oğlundan pul müqabilində metamfetamin maddələri əldə edərək dövriyyəsini təşkil edib. Davam etdirilən tədbirlərlə, onlarla cinayət əlaqəsində olan 1993-cü il təvəllüdlü, Babək rayon sakini Turqut Fətullayev və Kəngərli rayon sakini, 1994-cü il təvəllüdlü Nicat Tarverdiyev müəyyən olunaraq saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulan, müxtəlif çəkilərdə qablaşdırılmış metamfetamin və iki ədǝd preqabalin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top