Vilayət Eyvazov İnterpola və Abşerona rəis təyin etdi

HADİSƏ 01 fev 2023, 16:19
Abşeron rayon Polis İdarəsinə rəis təyin olunub.

APA xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Musa Musayev Abşeron rayon Polis İdarəsinə təyin edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə isə Vilayət Eyvazov polis polkovniki Zamin Həsənovu Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edib.

Məlumatı DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top