Saakaşvili bəyan etdi: Gürcüstanda siyasətlə məşğul olmayacaq

REGİON 01 fev 2023, 12:26
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalif “Vahid Milli Hərəkat” partiyasının yeni rəhbəri Levan Xabeişviliyə ünvanladığı məktubda Gürcüstanda siyasətlə məşğul olmaq niyyətində olmadığını yazıb.

Demokrat.az
-ın məlumatına görə, Saakaşvili bildirib ki, o, Xabeişvilini “ən yaxın adam” və böyük potensiala malik siyasətçi hesab edir.
 
Saakvilinin Xabeişviliyə məktubunda deyilir: “Gürcüstanda heç bir siyasi fəaliyyətlə məşğul olmaq fikrində deyiləm, lakin sizi Ukraynadan və başqa yerlərdən həmişə dəstəkləyəcəm”.
 

Yanvarın 28-də və 29-da keçirilən seçkilərin nəticələrinə görə, Levan Xabeişvili “Vahid Milli Hərəkat” partiyasının yeni sədri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top