İran casuslarına qarşı daha bir əməliyyat — 3 nəfər saxlanıldı (FOTO)

HADİSƏ 01 fev 2023, 11:06
Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunmasıyla bağlı əməliyyatlar davam edir. 

Bakupost.az xəbər verir ki, bununla bağlı növbəti əməliyyat dünən Neftçala rayonunda keçirilib. 

Rayon polis əməkdaşları Xəyyam, Ramil  və Rəhman adlı şəxləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar. 

Onların bu gün məhkəmə qarşısına çəxarılacağı gözlənilir. 

Qeyd edək ki, dünən Bakıda da İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. 

DİN tərəfindən keçirilən əməliyyatda SalamNews informasiya agentliyi və “İnteraz”ın 7 nəfər əməldaşı saxlanılıb. 

İddiaya görə onların çalışdığı informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top