Pilotlarımız şərti düşmən hədəflərini məhv etdilər — FOTOLAR

HƏRBİ 01 fev 2023, 10:34
Azərbaycan pilotları Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində hava manevrlərini icra ediblər.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər çərçivəsində pilotlar müxtəlif tapşırıqları yerinə yetiriblər. Məşqlər zamanı şərti hədəflər məhv edilib.

Qeyd edək ki, 17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top