Saakaşvili həbsxanadan intensiv terapiyaya köçürüldü

GÜNDƏM 31 yan 2023, 22:13
Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Maykl Saakaşvili səhhəti pisləşdiyi üçün intensiv terapiya şöbəsinə köçürülüb.

Bu barədə "Reuters" Saakaşvilinin müttəfiqinə istinadən xəbər verir.

Eks-prezidentə nəzarət edən həkimlər qeyd ediblər ki, onun vəziyyəti həbsə atıldıqdan sonra əhəmiyyətli dərəcədə pisləşib. 

Eyni zamanda isə  keçmiş prezidentin müalicə olunduğu Tbilisi klinikası da bu ittihamları rədd edir.

Vəkillər Saakaşvilinin cəzasının təxirə salınmasını istəyirlər ki, onu müalicə üçün başqa ölkəyə aparsınlar.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top